Modern.az

Erməni əsgərin intiharına görə iki zabit tutulub

Erməni əsgərin intiharına görə iki zabit tutulub

Təhsil

8 Dekabr 2015, 13:04

Ermənistanın sərhəd xidmətinin əsgəri Qevorq Xaçatryanın özünü öldürməsi ilə bağlı cinayət işi açılıb. Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə açılan cinayət işi üzrə 4 nəfərə ittiham irəli sürülüb.

Bunlar kapitan, leytenant və iki sıravidir. Məlumatda hər iki zabitin artıq həbs edildiyi bildirilir.

İnsident noyabrın 28-də baş verib. Sərhəd xidmətinin sıravi qulluqçusu başından güllə yarası ilə tibb məntəqəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi