Modern.az

ABŞ 40 ildən sonra ilk dəfə xaricə neft satdı

ABŞ 40 ildən sonra ilk dəfə  xaricə neft satdı

24 Dekabr 2015, 12:15


Amerikanın ”Enterprise Products” şirkəti neftin ixracına qoyulan qadağa aradan qaldırıldıqdan sonra xaricə neft satan ilk şirkət olacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət yanvarın əvvəllərində 600 min Texas nefti ilə dolu tankeri Avropaya göndərəcək. Məlumata görə “Enterprise Products” şirkəti “qara qızıl”ı Hollandiyanın “Vitol Group” şirkətinin İsveçədəki neft emalı zavoduna göndərəcək. Zavodda hazırlanacaq dizel və digər yanacaq məhsulları isə Avropa ölkələrində satılacaq.

Dekbarın 16-da Konqres 40 ildir ki, Amerikadan xaricə neft ixracını qadağan edən qanunu ləğv etmişdi.

Vüqar İsmayılov   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI