Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib. Modern.az saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi artıq geri qayıdıb.
Neftçi İman Şura oğlu Qasımovun cəsədi Azərbaycana gətirilib və aidiyyatı üzrə təhvil verilib.
Mərhum neftçinin oğlu İslam Qasımov Modern.az saytına bildirib ki, atasının meyiti sabah ailəyə təhvil veriləcək.
Onun sözlərinə görə, SOCAR əməkdaşları ilə birgə atasının meyitini morqda görməyə ailə üzvlərinə şərait yaradılıb.
Qeyd edək ki, mərhum İman Qasımov sabah Lökbatan qəbiristanlığında torpağa tapşırılacaq.
Modern.az