Modern.az

Rauf Mirqədirova 6 il iş kəsildi

Rauf Mirqədirova 6 il iş kəsildi

28 Dekabr 2015, 17:18

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, jurnalist Rauf Mirqədirov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu haqda Modern.az saytına məlumat verən vəkil Fuad Ağayev deyib ki, məhkəmənin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. R. Mirqədirov 2014-cü 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü