Modern.az

8 rayona məktəb direktorları müsabiqə ilə seçiləcək

8 rayona məktəb direktorları müsabiqə ilə seçiləcək

5 Yanvar 2016, 12:23

Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb. Modern.az nazirliyə istinadən bildirir ki, əmrə əsasən, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb.
Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində 2016-cı ilin yanvar ayından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması təlimləri təşkil olunacaq.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?