Tayvanda baş verən 6.4 bal gücündəki zəlzələdə ölənlərin sayı 7-yə yüksəlib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda Taynan şəhərinin təcili tibbi xidmətlərindəki mənbələr bildiriblər.
Məlumata görə zəlzələdən sonra 380 insan xəstəxanalara yerləşdirilib.
Yeraltı təkana görə sürət qatarları hərəkətlərini dayandırıblar.
Qeyd edək ki, zəlzələdə ən çox zərər Taynan şəhərinə dəyib. Burada zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub.
Aqşin Kərimov