İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası olaraq, İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb.İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxildir.
Gülşən RAUFQIZI