Modern.az

Transplantasiya aparılanların sayı hər il 18-20 faiz artır

 Transplantasiya aparılanların sayı hər il 18-20 faiz artır

Təhsil

7 Fevral 2016, 20:16

 

Azərbaycanda böyrək və digər orqanlarının transplantasiyası aparılmış xəstələrin sayı hər il 18-20% artır. Modern.az saytı xəbər verir ki, bu barədə Trend Nazirlər Kabinetinə istinadən məlumat yayıb.

Məlumata görə, hazırda respublikada böyrək və digər orqanların transplantasiyası aparılan 580-ə yaxın xəstə qeydiyyatdadır. Onların mütəmadi müayinəsi və kifayət qədər maliyyə vəsaiti tələb edən immunosupressiv müalicəsi dövlət büdcəsi hesabına aparılır.

Növbəti illərdə böyrəkköçürmə əməliyyatlarının sayının artacağı proqnozlaşdırılır ki, bu da həm əməliyyat zamanı, həm də əməliyyatdan sonrakı dövrdə əlavə maliyyə vəsaiti tələb edir. Xəstələrin sayının artması yeni mərkəzlərin yaradılmasını, onların mütəmadi dərman təminatını və davamlı müalicə məsrəflərini zəruri edir.

Hazırda respublikada fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2800-dən artıq xəstə hemodializ seansları ilə təmin olunur.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza