Modern.az

“Azəryolservis” ziyanlar barədə hesabat yaydı

“Azəryolservis” ziyanlar barədə hesabat yaydı

Təhsil

12 Fevral 2016, 10:50


“2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol nəqliyyat hadisəsi baş verib”. Bu haqda Modern.az saytına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O qeyd edib ki, bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış  5769,4  p/m  təhlükəsizlik səddi, 2 ədədi işıq dirəyi, 1ədəd metal informatik lövhə və  8  ədəd yol nişanı  yararsız hala düşmüş və dövlət büdcəsinə ümumilikdə  552 092,93 manat ziyan dəyib:

“Baş vermiş 257 yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülüb. 

201 yol nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün, dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub 56 yol nəqliyyat hadisəsi  törədilən  avtonəqliyyat  vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub”.

A.Nəcəfli deyib ki, 92  yol nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı  üçün həmin hadisələrin törədicilərinin  araşdırılaraq tapılması barədə  BDYPİ- nə məktubla müraciət olunub:  

"Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə4005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilmiş və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib”.  

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza