Modern.az

Dağıstandakı partlayış gömrüyün işinə təsir etməyib

Dağıstandakı partlayış gömrüyün işinə təsir etməyib

15 Fevral 2016, 18:52

 

Dağıstanda Yol hərəkəti təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin postu yaxınlığında baş vermiş partlayış Azərbaycan gömrüyünün işinə təsir etməyib. Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Hadisə Azərbaycanla Rusiyanı birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.

Komitədən bildiriblər ki, Rusiya ilə sərhəddəki gömrük-buraxılış məntəqələri adi rejimdə işləyirlər. Heç bir növbə, izdiham yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Dərbənd rayonunda Dövlət Müfəttişliyinin Cemikənd postunun yaxınlığında partlayış baş verib.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, 6 polis və 6 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu