“Orta məktəblərin bazası zəifdir…”
“Araz” hazırlıq kursları Azərbaycanda ən çox məktəbli cəlb edən kurslardan biridır. Modern.az saytına daxil olan məlumata görə, “Araz” kursları cəlb etdiyi məktəblilər arasından yalnız 700 bal toplamağa qadir olan uşaqları xüsusi nəzarətə götürür, yerdə qalanlarla ciddi şəkildə maraqlanmır. Deməli bu kurs qəbul imtahanlarının nəticələrinə görə 700 bal toplayan abituriyentlərin çox faizinin məhz ona məxsus olması istiqamətində fəaliyyət göstərir. Modern.az mövzunu araşdırmağa başlayıb.
Öncə “Araz” rəhbərliyindən məsələyə münasibət öyrəndik.
“Araz”ın fizika fənni üzrə metodisti Vüqar Rəcəbov bu fikirlərlə razılaşmadığını dedi: “700 bal toplayan uşaqlara ayrıca dərs kecirilmir. Onlara da 12 nəfərlik quruplarda digər uşaqlarla eyni otaqda, eyni müəllimlər dərs kecir. Orta məktəbdə bazası zəif olan uşaqlar kursa gəlir ki, “5- 6 ay ərzində 700 və ya 500 bal toplayacam”. Belə bir şey yoxdur. Bunu ümumiyyətlə təkcə “Araz”a yox, eləcə də digər kurslara da aid etmək olar”.
V. Rəcəbovun sözlərinə görə, problemin kökü orta məktəblərdədir: “Eyni orta məktəbdən gələn şagirdlərdən biri sınaq imtahanlarında yüksək nəticə göstərir, digəri isə çox zəif. Demək problem orta məktəbdədir, orta məktəblərin bazası zəifdir” .
Sədaqət Süleymanova
P.S. Yazı saytda dərc olunan anda “Araz” rəhbərliyindən redaksiyamıza telefon açdılar və əməkdaşımızı məsələ ilə yerində tanış olmaq üçün dəvət etdilər.