Modern.az

Mehriban Əliyeva ali ordenlə təltif edilib

Mehriban Əliyeva ali ordenlə təltif edilib

6 Mart 2016, 16:02

Martın 6-da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orbanın xanımı Aniko Levai ilə görüşü olub. 

Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif olunması mərasimi keçirilib.

Bu barədə Modern.az AZƏRTAC-a istinadən xəbər verir.

Macarıstanın Baş naziri mərasimdə çıxış etdi.

Baş nazir Viktor Orban ordeni Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim etdi.

Birinci xanım Mehriban Əliyeva Baş nazir Viktor Orbana təşəkkürünü bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.


Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI