Modern.az

Bakı-Sumqayıt yolunda görünməmiş tıxac...

Bakı-Sumqayıt yolunda görünməmiş tıxac...

24 Noyabr 2011, 20:16

Noyabrın 24-də gündüz saatlarında yağan qar Azərbaycanın böyük şəhərlərində, o cümlədən Bakı və Sumqayıtda ciddi problemlər yaradıb. Nəticədə axşam saatlarında Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti iflic olub, yol tamam bağlanıb.

“Şamaxinka”dan, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Sumqayıt və Bakı istiqamətində yollar buz bağlayıb.

Sözügedən ərazidən Sumqayıta doğru Qafqaz Universitetinə qədər olan yollarda görünməmiş tıxac yaranıb.

Modern.az saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, Sumqayıt sakinləri çıxış yolu kimi Bakıdan Sumqayıta piyada getməyi görüblər. Odur ki, insanlar tıxaclarda qalmış avtobuslardan düşərək Sumqayıt istiqamətində hərəkət edirlər.  Bakı-Sumqayıt yolu piyadalarla doludur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər