Modern.az

İrandan Azərbaycanın Təbrizdəki konsulluğu ilə bağlı AÇIQLAMA

İrandan Azərbaycanın Təbrizdəki konsulluğu ilə bağlı AÇIQLAMA

8 Fevral 2023, 17:40

İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun bağlanması ehtimalı ilə bağlı iddiaları təkzib edib.

Modern.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani fevralın 8-də jurnalistlərə açıqlamasında deyib:

"Biz dəfələrlə öz mövqelərimizi ifadə etmişik. Əlaqələri qorumaq və inkişaf etdirmək İran İslam Respublikasının qonşu ölkələrlə bağlı siyasətidir".
 

İranlı diplomat daha sonra əlavə edib:
 

“İranın bununla bağlı mövqeyi aydındır və Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunu bağlamaq planı yoxdur”.
 

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra diplomatik korpusun əməkdaşları Bakıya təxliyə edilib.
 

Səfirliyə silahlı hücum nəticəsində 1 nəfər şəhid olub, 2 nəfər yaralanıb.
 

Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirərək, olayın hərtərəfli araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu