Modern.az

Ceyhun Bayramov Ermənistanla onlayn təmaslardan DANIŞDI

Ceyhun Bayramov Ermənistanla onlayn təmaslardan DANIŞDI

28 Fevral 2023, 13:24

Ermənistanla sülh müqaviləsi üzrə işlər onlayn diplomatiya formatına keçirilib.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 

 

Nazir danışıqların onlayn formatda getdiyini deyib: "Bu formada danışıqlar davam etdirilir. Həmçinin postmünaqişə dövründə Ermənistanla münasibətlərlə bağlı Rusiyalı həmkarıma məlumat verdim. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir. Burada Rusiya ilə müttəfiqlik də vacibdir. Ümid edirik ki, Rusiyada keçirilən görüşlər prosesə müsbət təsir edəcək”.

Bu xəbər ilə bağlı
XİN başçısı Lavrovla görüşün detallarını açıqladı
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi