Modern.az

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı - SƏRƏNCAM

Nəqliyyatı Əlaqələndirmə Şurası yaradıldı - SƏRƏNCAM

Ölkə

19 Aprel 2023, 18:16

Prezident İlham Əliyev aprelin 19-da Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, Şura nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılıb.

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Nəqliyyatı Əlaqələndirmə Şurasına sədri, bir sıra dövlət qurumlarının rəhbər və müavinləri isə üzv təyin olunublar.

 

Şuranın sədri

 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Şuranın üzvləri:

 

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri.

 

Nazirlər Kabineti bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır