Modern.az

Şamaxıda ilk Hava Şarları Festivalı başlayır 

Şamaxıda ilk Hava Şarları Festivalı başlayır 

Ölkə

17 İyun 2023, 10:58

Bu gün Şamaxı rayonunda ilk Hava Şarları Festivalı (Balloon Festival) başlayır.

 

Modern.az xəbər verir ki, iyunun 18-də isə rayonun Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanan hava şarları qalxacaq.

 

Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.

 

Bu ərəfədə festival üçün hazırlanan şarların bəzilərinin ilk görüntüləri yayılıb. Havaya qalxacaq şarlar maraqlı dizaynları ilə fərqlənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı