Modern.az

Ceyhun Bayramovla Fidanın görüşünün DETALLARI

Ceyhun Bayramovla Fidanın görüşünün DETALLARI

Ölkə

31 İyul 2023, 15:32

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.

 

C.Bayramov və H.Fidan, həmçinin iqtisadi və enerji sahəsindəki əməkdaşlığı, TANAP layihəsini, yeni geosiyasi reallıqları müzakirə ediblər.

 

“Güclü Türkiyə güclü Azərbaycandır. Güclü Azərbaycan güclü Türkiyədir”, - XİN-in paylaşımında bildirilib.

 

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama