Modern.az

Daha 68 mina aşkarlandı

Daha 68 mina aşkarlandı

31 İyul 2023, 19:12

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) açıqlanıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!