Modern.az

Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi 

Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi 

5 Avqust 2023, 20:20

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

 

Telefon danışığı zamanı Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması, Qara dənizin təhlükəsizliyi və NATO-nun genişlənməsi müzakirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?