Modern.az

Sağ qalan Milli Qəhrəmanlarımız - SİYAHI

Sağ qalan Milli Qəhrəmanlarımız - SİYAHI

Ölkə

5 Noyabr 2023, 16:50

2001-ci ildə Azərbaycanı tərk edərək İsveçə köçən Milli Qəhrəman Şahin Tağıyev 22 ildən sonra Vətənə qayıdıb.

 

Vətəndə olan Milli Qəhrəman noyabrın 3-də Şuşaya gedib, şəhəri ziyarət edib. O, sosial şəbəkədə Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini də paylaşıb.

 

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 218 nəfərə Milli Qəhrəman adı verilib. 

 

Sonuncu dəfə bu fəxri ad Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və İbad Hüseynova verilib.

 

İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən yalnız ikisi - Sürət Hüseynov və Rasim Əkbərov bu tituldan məhrum edilib.

 

Bəs qəhrəmanlardan neçəsi hazırda sağdır və onlar kimlərdir? Əksər hallarda ictimaiyyət kimlərin sağ, kimlərin şəhid olduğunu bilmir.

 

Modern.az saytı buna görə də hazırda sağ olan Milli Qəhrəmanların adlarını dəqiqləşdirib. Hazırda Azərbaycanın 218 milli qəhrəmandan yalnız 15 nəfəri sağdır. Onlar aşağıdakılardır:

 

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. Rövşən Əkbərov

4. Vahid Quliyev

5. Şahin Tağıyev

6. Fəxrəddin Cəbrayılov

7. Ehtiram Əliyev

8. İbad Hüseynov 

9. Fariz Qəhrəmanov

10. Mədət Quliyev

11. Mirzə Quliyev

12. Zabit Quliyev

13. Fariz Mədətov

14. Mövsüm Məmmədov

15. Sahil Məmmədov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi