Modern.az

Azərbaycan Demokrat Partiyası seçkilərdə namizəd irəli sürəcək?

Azərbaycan Demokrat Partiyası seçkilərdə namizəd irəli sürəcək?

Ölkə

25 Dekabr 2023, 15:34

Azərbaycan Demokrat Partiyası (ADP) 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədlə iştirak etməyəcək.

 

Bunu Modern.az-a açıqlamasında partiyanın sədri Sərdar Cəlaloğlu bildirib.

 

Onun sözlərinə görə, partiya üzvlərinə seçkilərdə kimi dəstəkləmələri ilə bağlı sərbəstlik verilib.

 

Sərdar Cəlaloğlu özü kimi dəstəkləyəcəyi ilə bağlı mövqeyini bildirməyib. 

 

"Açıq seçkilər keçirilmir. Ona görə də mən mövqeyimi deməyi düzgün hesab etmirəm", - partiya sədri deyib.

 

Qeyd edək ki, Azərbaycanda fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin namizədliyinin irəli sürülməsi qeydə alınıb. Daha 8 nəfərin məsələsi müzakirə ediləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi