Modern.az

Gözəl gələcəyi ancaq İlham Əliyevlə görürəm - Şəhid ailələrindən DƏSTƏK

Gözəl gələcəyi ancaq İlham Əliyevlə görürəm - Şəhid ailələrindən DƏSTƏK

26 Yanvar 2024, 12:16

7 fevral növbədənkənar prezident seçkilərinə son 11 gün qalıb. Seçkilərdə 7 namizəd iştirak edir. Buna baxmayaraq, seçkilərin favorit namizədi İlham Əliyevdir. İndiyə kimi bir sıra ictimai xadimlər, sənət adamları, ictimaiyyətin müxtəlif spektrlərinin nümayəndələri İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

 

Bəs Vətən müharibəsində iştirak edib, torpaqların azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ailə üzvləri kimi dəstəkləməyi düşünür?

 

Modern.az məsələ ilə əlaqədar şəhid ailələri arasında sorğu keçirib: 

 

Torpaqlarda gözəl gələcəyi ancaq İlham Əliyevlə görürəm...

 

Saytımıza açıqlamasında Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib ki, nəinki o, eləcə də bütün ailə üzvləri 7 fevralda İlham Əliyevə səs verəcək:

 

"Mən özüm də prezidentin təbliğat-təşviqat işlərində iştirak edirəm. Mən də, ailəm də, nəslimizin bütün üzvləri də İlham Əliyevə səs verəcəyik. Bizim balalarımız cənab İlham Əliyevin əmri ilə birləşib torpaqlarımızı azad  ediblər. Xalqın birliyini və azad olunmuş torpaqlarda gözəl gələcəyi ancaq İlham Əliyevlə görürəm".

 

R.Qurbanova prezidentin şəhid ailələrinə göstərdiyi münasibətdən də danışıb:

 

"Qayda-qanun çərçivəsində diqqət və qayğı göstərilir. Prezidentin şəhid və qazi ailələri üçün çox gözəl qərarları var. Bununla yanaşı, azad olunmuş ərazilərdə də işlər gedir. Bunların heç biri elə-belə olmur. Biz və oğullarımız Azərbaycanın qayğısını elə burada cənab İlham Əliyevlə birlikdə çəkirik. Bəzi xaricdə oturub Azərbaycanın dərdini çəkənlərə də demək istəyirəm ki, onlar da qayıtsınlar və burada nəsə etsinlər. Kənarda oturub buranın dərdini çəkmək lazım deyil".

 

Vətən müharibəsi şəhidi Emin İsmayılovun anası Məlahət İsmayılova da İlham Əliyevə səs verəcəyini vurğulayıb: "Əlbəttə, İlham Əliyevi dəstəkləyəcəm. 7 fevralda seçki dairəsinə gedəcəm və ona səs verəcəm. Başqa söhbət ola bilməz".

 

Prezidentin şəhid yaxınlarına qayğısıdakı göz qabağındadır...

 

Vətən müharibəsi şəhidi Adil İbrahimlinin xanımı Nargül İbrahimli İlham Əliyevə səs verəcək.

 

"Prezident İlham Əliyevə səs verəcəm. Seçkilərlə bağlı ayın 29-da Ailə, uşaq və qadın komitəsinin dəyirmi masası olacaq, ora mən də dəvətliyəm. Ona görə səs verirəm ki,  ortada illərin təcrübəsi və inam var. Prezidentin şəhid yaxınlarına qayğısıdakı göz qabağındadır. Nəsə deməyə ehtiyac yoxdur",- o deyib.

 

Şəhid İbrahim Hüseynlinin həyat yoldaşı Surfanə Hüseynli İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısını yüksək qiymətləndirir.

 

"Təbii ki, cənab prezident İlham Əliyevə səs verəcəm. Preizdent Şəhid yaxınlarının problemlərinə istiqanlı yanaşır",- S.Hüseynli bildirib.

 

"Mən İlham Əliyevə səs verəcəm. Bizim yeganə prezidentimiz odur. Başqa söhbət ola bilməz", - Vətən müharibəsi şəhidi Zaur Ələsgərlinin yoldaşı Vəfa Ələsgərli isə belə deyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal