Modern.az

İctimai nəqliyyatda QR kodla ödəniş niyə işləməyib? - YENİLƏNİB

İctimai nəqliyyatda QR kodla ödəniş niyə işləməyib? - YENİLƏNİB

Ölkə

6 Noyabr 2024, 10:42

Xəbər verdiyimiz kimi, səhər saatlarında "BirBank" tətbiqində QR kodla gedişhaqqının ödənilməsində problemlər yaşanıb.

 

"Kapital Bank" Modern.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiq edilib.

 

Bildirilir ki, səhər bəzi ödənişlərdə bəzi ləngimələr olub. "Amma qısa zamanda həll edildi. Hazırda hər şey qaydasındadır", - məlumatda deyilir.

 

***

08:41

İctimai nəqliyyatda gedişhaqqının "BirBank" tətbiqi vasitəsilə ödənilməsində problem yaranıb.

 

Bu barədə Modern.az-a sərnişinlər məlumat veriblər.

 

Belə ki, "BirBank" mobil tətbiqində QR kodla ödəniş bölməsi işləməyib. Kartlardan ödənişlər çıxılsa da, QR oxudulması prosesi baş tutmayıb.

 

Sözügedən problem metroda sıxlığa səbəb olub.

 

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi