Modern.az

Bələdiyyə sədri hakim qarşısında - 2500 manatadək cərimə...

Bələdiyyə sədri hakim qarşısında - 2500 manatadək cərimə...

Ölkə

4 Dekabr 2024, 15:18

İmişli rayonu Məmmədli bələdiyyəsinin sədri Əyyubov Rəfael Yunus oğlu cərimələnə bilər.

Modern.az-ın məlumatına görə, bələdiyyə sədri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə İmişli rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, bələdiyyə sədri min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnə bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu