Modern.az

Tovuzda 62 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma APARILIR

Tovuzda 62 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma APARILIR

19 Dekabr 2024, 15:26

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ