Modern.az

Azərbaycan Qazaxıstana yeni hərbi attaşe TƏYİN ETDİ

Azərbaycan Qazaxıstana yeni hərbi attaşe TƏYİN ETDİ

20 Dekabr 2024, 16:01

Azərbaycan Qazaxıstana yeni hərbi attaşe təyin edib.

Modern.az-ın məlumatına görə, sözügedən vəzifəyə polkovnik Fuad İbrahimov gətirilib.

Polkovnik bu gün Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkovla görüşüb. Məlumatı Qazaxıstan tərəfi yayıb.

Qeyd edək ki, Fuad İbrahimov bundan əvvəl Gürcüstandakı hərbi attaşe aparatının rəhbəri, hərbi attaşe vəzifəsində çalışıb. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Qazaxıstandakı hərbi attaşesi Zaur Kərimov olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək