Modern.az

Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş - FOTO

Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş - FOTO

25 Dekabr 2024, 16:50

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəza nəticəsində həlak olanlar var. İlkin məlumata görə, 30-dan çox sərnişin həyatdadır.

Hadisə nəticəsində həyatını itirənlərdən biri Anqubazova Məleykə Murtuzəli qızıdır. O, Balakən rayonunun Meşəşambul kəndindəndir.

Onun əmisi oğlunun Modern.az-a verdiyi məlumata görə, mərhumun bir qız, bir oğlan övladı olub.

"Məleykə təyyarə ilə Qroznı şəhərində yaşayan qızının yanına gedirmiş. Qızı xəstə olduğu üçün onu ziyarət etmək istəyib", - açıqlamada bildirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi barədə tapşırıq verib.

1406048

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum