Modern.az

Qəhrəman ekipaj üzvlərinin adları ƏBƏDİLƏŞDİRİLƏCƏK

Qəhrəman ekipaj üzvlərinin adları ƏBƏDİLƏŞDİRİLƏCƏK

Ölkə

27 Dekabr 2024, 15:56

“Azərbaycan Hava Yolları"nın Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan ekipaj üzvləri təltif olunacaqlar.

Bu barədə Modern.az saytına ekipaj üzvlərinin ailələrindən məlumat verilib.

Lakin pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyevanın hansı fəxri təltifə layiq görüləcəyi hələ dəqiqləşməyib.

Onların dəfn olunması üçün artıq II Fəxri xiyabanda üç məzar da qazılıb.

Bundan başqa, qəhrəman ekipaj üzvlərinin adlarının əbədiləşdirilməsi üçün müvafiq qərarın veriləcəyi də gözlənilir.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi qəzaya uğrayıb. Təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.

Rusiya tərfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.

Görünür ki, təyyarənin Xəzər dənizinə düşəcəyi planlaşdırlıb.

Amma "Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdıra bilib.

Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i azərbaycanlıdır.

Məhz pilotların gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.

Qəhrəman pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva isə partlayış zamanı həlak olublar. Onlar Bakıdakı II Fəxri xiyabanda dəfn olunacaqlar.

Xatırladaq ki, "Embraer 190" təyyarəsinin 5 nəfərlik ekipaj üzvündən 2-si sağ qalıb. Sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimlidir.



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi