Modern.az

Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı

Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı

Ölkə

7 Yanvar 2025, 11:03

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Əhməd Əhmədzadə 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Qeyd edək ki, o, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.

Əhməd Əhmədzadə bu gün 80 yaşını tamamlayır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU