Modern.az

DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşı ARTIRILDI

DTX-nin və Xarici Kəşfiyyat Xidmətinin hərbçilərinin maaşı ARTIRILDI

27 Yanvar 2025, 17:26

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

 

****

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ