Modern.az

Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov

Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov

Ölkə

19 Aprel 2025, 15:00

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir.

Modern.az-ın məlumatına görə, bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir:

“Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir izah və səbəb görmürük”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər