Modern.az

Sığınacağımızda 51 uşaq var - Kəmalə Ağazadə

Sığınacağımızda 51 uşaq var - Kəmalə Ağazadə

Ölkə

7 May 2025, 14:22

“Cari il ərzində ən yüksək uşaq qəbulu sayı mart-aprel aylarında olub”.

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib.

O bildirib ki, hazırda sığınacaqlarında 51 uşaq var:

“Onların 16-ı sanatoriyada, qalanları isə sığınacaqdadır. Sığınacağın fəaliyyət göstərməsi üçün ancaq xeyriyyəçilər dəstək göstərirlər. Onlar qida, geyim və dərman preparatları üçün ianə edirlər”.

K.Ağazadə qeyd edib ki, 30-dan çox ailə var ki, Azərbaycan Uşaqlar Birliyinin öz imkanları çərçivəsində onlara da yardım edilir:

“Onlar arasında vaxtilə sığınacağımızda qalan uşaqlar da var. Onlarla mütəmadi olaraq görüşürük, sosial və tibbi problemlərinə də dəstək oluruq. Gün ərzində xidmət, psixoloji konsultasiya alan uşaqlarımız da var”

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər