Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçına enib.
Modern.az-ın məlumatına görə, o, Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
***
09:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.