Ermənistan hökumətinin dünənki iclasında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi barədə tənqidi fikirlər səsləndirməsi ciddi qalmaqala səbəb olub.
Modern.az-ın məlumatına görə, Paşinyan kilsələrin “tüstü bacası”na çevrildiyini bəyan edərək, keşişləri dini ibadət yerlərini murdarlamaqda suçlayıb. Baş nazirin erməni din xadimlərini “çulan” adlandırması, onları əyyaşlıqda, ruhani ədəb-ərkanlkarını tapdalamaqda günahlandırması qarşı tərəfi daha da hiddətləndirib.
N.Paşinyanın sözlərinə görə, kilsələrdə tez-tez sement torbaları, köhnə inşaat ləvazimatları, paslı armaturlar saxlanılır. “Kilsəyə girirsən və içəridə zibil, kiminsə köhnə paltarı, kirli ayaqqabısını görürsən... Nə vaxta qədər bu murdarlıq davam edəcək?”ş
Paşinyan təhsil, elm, mədəniyyət və idman nazirini kilsələr üçün standartlar yaratmağa çağırıb.
Tanınmış erməni din xadimləri ard-arda mətbauata verdikləri açıqlamalarla Paşinyanı susmağa çağırıb, onun ailəsini hədəf alıblar. Din xadimləri baş naziri təhqir etməkdən belə çəkinməyiblər.
Nikol Paşinyan isə sakitləşməyərək bu gün özünün sosial şəbəkə hesabında ard-arda üç paylaşımla erməni keşişlərini küçə söyüşlərilə söyüb.
“Facebook” istifadəçiləri ölkənin Baş nazirinin bu cür dildən necə istifadə etdiyinə təəccüblənib, bəziləri hətta onun səhifəsinin sındırıldığını düşünüblər.