Modern.az

Xaricdəki blogerlərlə bağlı həbs qərarı verildi

Xaricdəki blogerlərlə bağlı həbs qərarı verildi

Ölkə

2 İyun 2025, 15:56

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.

Modern.az Apa-ya istinadən məlumat verir ki, Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.

Məlumata görə, Baş Prokurorluğun istintaq idarəsi tərəfindən istintaqa çağırılan digər şəxslər barəsində də mərhələli şəkildə qiyabi həbs qərarları veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular