Modern.az

Saray körpüsü çöküb? - Rəsmi cavab

Saray körpüsü çöküb? - Rəsmi cavab

Ölkə

9 İyun 2025, 12:43

Yenicə istifadəyə verilmiş Sumqayıt-Saray körpüsünün bəzi hissələrində çökmə hadisəsinin baş verdiyi ilə bağlı "Mediatürk TV"nin aparıcısı Səidə Bəkirqızı məlumat yayıb.

Modern.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, Abşeron rayonun Saray qəsəbəsini Sumqayıt şəhəri ilə birləşdirən körpüdə hər hası problem yoxdur:

"Körpü ilə bağlı yayılmış məlumat yalandır, dezinformasiyadır. Körpüdə hər-hansı bir problem yoxdur."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi