Modern.az

Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Misir Mərdanov xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Ölkə

10 İyun 2025, 14:49

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.

Modern.az-a daxil olan məlumata görə, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.

Xəbəri dəqiqləşdirmək üçün Misir Mərdanovun özü ilə əlaqə saxladıq.

Saytımıza açıqlamasında sabiq nazir hazırda xəstəxanada olduğunu təsdiqlədi.

"Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam". 

M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.

1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir