Modern.az

240 nəfərin öldüyü qəzadan sağ çıxan sərnişindən İLK AÇIQLAMA

240 nəfərin öldüyü qəzadan sağ çıxan sərnişindən İLK AÇIQLAMA

Ölkə

12 İyun 2025, 20:14

Xəbər verdiyimiz kimi, Hindistanda baş verən təyyarə qəzasında bir nəfər sağ qalıb.

Modern.az-ın məlumatına görə, polis sağ qalan şəxsin 11A nömrəli yerdə oturduğunu bildirib.

Sağ qalan 40 yaşlı Rameş Vişvaşkumar Hindistan mediasına danışıb.

"Uçuşdan otuz saniyə sonra güclü səs eşidildi və sonra təyyarə qəzaya uğradı", - o, "Hindustan Times"a açıqlamasında bildirib.

Sərnişin hər şeyin çox sürətlə baş verdiyini qeyd edib:

"Ayağa qalxanda ətrafımda cəsədlər var idi. Qorxdum. Ayağa qalxdım və qaçdım. Ətrafımda təyyarənin parçaları var idi. Kimsə məni tutub təcili yardım maşınına mindirib xəstəxanaya gətirdi”.

O bildirib ki, qardaşı Acay təyyarədə başqa sırada əyləşib.

"O, mənimlə səyahət edirdi və mən onu daha tapa bilmirəm. Xahiş edirəm, onu tapmaqda mənə kömək edin".

Xatırladaq ki, bu gün “Boeing” təyyarəsi havaya qalxdıqdan dərhal sonra Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəzadan əvvəl pilotlar qəza siqnalı göndərə biliblər.

Londona uçmalı olan təyyarənin göyərtəsində 10 ekipaj üzvü və göyərtə bələdçiləri də daxil olmaqla 242 nəfər olub. Qəzadan yalnız 1 nəfər sağ çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur