Modern.az

İlham Əliyev sabah Türkiyəyə GEDİR - RƏSMİ

İlham Əliyev sabah Türkiyəyə GEDİR - RƏSMİ

Ölkə

18 İyun 2025, 15:50

Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 19 iyun 2025-ci ildə Türkiyəyə səfər edəcək.

"Səfər çərçivəsində möhtərəm Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevralında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adı ilə tikilən daimi yaşayış evi layihəsinin açılış mərasimi keçiriləcək", - Altun qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı cari regional inkişaflar, o cümlədən Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!