Modern.az

Avstraliyanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Avstraliyanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Ölkə

20 İyun 2025, 11:04

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı aparılıb.

XİN-dən Modern.az-a verilən xəbərə görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB