Modern.az

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Ölkə

20 İyun 2025, 17:02

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il üçün iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı qərar verib.

Modern.az xəbər verir ki, qərara əsasən, 2025-ci il iyunun 27-si cümə axşamı istirahət günü, iyunun 22-si şənbə günü isə iş günü elan edilib.

Bu dəyişiklik nəticəsində gələn həftə ardıcıl dörd gün iş olmayacaq.

Belə ki, 26 iyun Silahlı Qüvvələr Günü, 28 və 29-u həftə sonlarına təsadüf etdiyi üçün, 27 iyunda isə qərara əsasən iş günü olmayacaq. 

Qeyd edək ki, iş və istirahət günlərində dəyişikliklər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən həyata keçirilir.
 

Sizə yeni x var
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar