Modern.az

Ən çox sosial yardım bu rayona VERİLİR - STATİSTİKA

Ən çox sosial yardım bu rayona VERİLİR - STATİSTİKA

Ölkə

27 İyun 2025, 16:10

Azərbaycanda aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən pul yardımı göstərilir. Ünvanlı dövlət sosial yardımı adlanan bu yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.

Qeyd edək ki, Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlində Azərbaycanda 334 mindən çox şəxs ünvanlı dövlət sosial yardımı alıb.

Statistikaya görə, bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 107.52 manat olub.

Sosial yardım alan vətəndaşların sayına görə birinci olan region Lənkəran-Astara iqtisadi rayonudur. Burada 55651 nəfərə sosial yardım verilir.

Bakıda isə ünvanlı sosial yardım alan vətəndaşların sayı 43559 nəfərdir.

Digər regionlardan ünvanlı sosial yardım alanların sayına görə öndə olanlar Gəncə-Daşkəsən (30817 nəfər), Mərkəzi Aran (31141 nəfər) və Qazax-Tovuzdur (29441 nəfər).

Rayonlara gəldikdə, sosial yardım alanların sayına görə LənkəranMasallı rayonları birinci və ikinci yerləri bölüşür. Hər iki rayonda 12 min nəfərdən çox vətəndaş ünvanlı sosial yardım alır.

Gəncə şəhəri 11625 nəfərlə üçüncü yerdədir.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər