Modern.az

Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas ROL OYNAYIB

Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas ROL OYNAYIB

Ölkə

25 İyul 2025, 13:48

“Hesab edirəm ki, Azərbaycan İsrail və Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”.

Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda İsrail və Türkiyə rəsmiləri arasında mühüm görüşlər keçirilib ki, bu da qarşılıqlı anlaşmaya töhfə verib və tərəflər arasında anlaşılmazlıq riskini azaldıb.

“Əminəm ki, Azərbaycan bir sıra regional problemlərin, o cümlədən Yaxın Şərqdəki problemlərin həllində nəinki mühüm rol oynaya bilər, həm də artıq mühüm rol oynayır”, - səfir qeyd edib.

O belə görüşlərin təşkilində göstərdiyi səylərə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib: “Fürsətdən istifadə edərək, belə danışıqlar üçün şərait yaratdığına görə Azərbaycan hakimiyyətinə təşəkkür etmək istərdim. Bu bizə region ölkələri arasında dialoqu gücləndirməyə və qarşılıqlı anlaşmanı yaxşılaşdırmağa imkan verir”.

Sonda diplomat Azərbaycanın artan beynəlxalq rolunu qeyd edib: “Bu, Azərbaycanın sadəcə Cənubi Qafqaz ölkəsi olmadığını simvolizə edir. O, getdikcə Yaxın Şərqdəki proseslərdə iştirak edir. Hesab edirəm ki, Azərbaycan Cənubi Qafqazı və Böyük Yaxın Şərqi bir-biri ilə əlaqəli regionlar kimi nəzərə alaraq, müsbət töhfə verməyə qadirdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək