Modern.az

Azərbaycan qazı Ukraynada - İLK DƏFƏ

Azərbaycan qazı Ukraynada - İLK DƏFƏ

Ölkə

28 İyul 2025, 10:40

“Naftogaz” qrupuna daxil olan şirkət ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Group-un Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” ilə müqavilə imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə “Naftogaz” məlumat yayıb.

Azərbaycan qazının sınaq məqsədilə ilk nəqli Transbalkan marşrutu üzrə Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir.

“Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”, – deyə “Naftogaz”ın baş icraçı direktoru Serhiy Koretski bildirib.

O, bu razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkürünü bildirib, həmçinin, Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var