Modern.az

Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin getdiyi ölkələr - SİYAHI

Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin getdiyi ölkələr - SİYAHI

Ölkə

30 İyul 2025, 16:55

Azərbaycanlı tələbələrin dövlət proqramı ilə xarici ölkələrdə təhsil alması beynəlxalq səviyyədə keyfiyyətli ali təhsilə çıxışı təmin edir. Bu proqram vasitəsilə tələbələr tam maliyyələşdirilir, nüfuzlu universitetlərdə oxumaq imkanı qazanır, qlobal bilik və bacarıqlara yiyələnərək ölkəyə qayıtdıqdan sonra müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərə bilirlər. 

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, dövlət xətti ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 2024/2025-ci tədris ilində əvvəlki tədris ili ilə müqayisədə 114 nəfər artaraq 1111 nəfərə çatıb. 

Tələbələr əsasən 10 xarici ölkədə dövlət proqramına təhsil almaq imkanı qazanıblar. 

Ən çox tələbə göndərilən ölkə 478 nəfər olmaqla Türkiyədir.

Bundan əlavə, Macarıstanda 321, Rusiyada isə 198 nəfər azərbaycanlı tələbə dövlət proqramı çərçivəsində ali təhsil alır. Çin (72 nəfər), Qazaxıstan (12 nəfər), Rumıniya (13 nəfər) və Koreya (3 nəfər) da siyahıda yer alır.

Tələbə göndərilən digər ölkələr belə sıralanır:

– ABŞ: 1 nəfər
– Böyük Britaniya və Şimali İrlandiya: 4 nəfər
– İspaniya: 3 nəfər

Qeyd edək ki, Latviya, Almaniya, Kanada, Avstraliya, Niderland əvvəlki illərdən fərqli olaraq son tədris ilində dövlət proqramı ilə bu ölkələrdə təhsil alan tələbə olmayıb. Yuxarıda qeyd olunan siyahıdan əlavə ölkələrdə isə ümumilikdı 6 nəfər dövlət proqramı ilə xaricdə təhsil haqqı qazanıb. 
 

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!