Ölkənin ilk və yeganə kinoteatrlar şəbəkəsi olan Park Cinema “Metro Park” AVM-də yerləşən ikinci meydançasında yeni qiymətlər tətbiq edir. Yeni tarif planı kinoteatrda daha da əlverişli qiymətlərlə filmlərə baxmağa imkan verir.
Bu gündən etibarən Metro Park-dakı kinoteatrda böyüklər üçün bir biletin qiyməti 4.8 AZN təşkil edəcək. Həmçinin, qiymətləri 3.30 AZN-dən başlayan yeni Uşaq, Ailə 3, Ailə 4 və Super Gün kimi yeni tarif planları yaradılıb. Hazırlanmış Ailə 3 və Ailə 4 paketləri əvvəlki tariflərlə müqayisədə kinoya ailəvi şəkildə gedənlərin ailə büdcəsinə 25% qənaət etmək imkanını verir.
Yeni Uşaq tarif planı sayəsində valideynlər bileti uşaq bileti qiymətinə əldə edərək filmə uşaqlarla birgə baxa biləcəklər. Hər çərşənbə axşamları isə hər kəs üçün ölkədə analoqu olmayan qiymətlər - Super Gündə biletlər 3.3 AZN (2D) və 4.3 AZN (3D) olacaq.
Park Cinema şəbəkəsinin direktoru N. Quliyev deyir ki, şəbəkənin əsas iş prinsiplərindən biri də şəhər sakinləri qarşısında daşınılan sosial məsuliyyətdir: “Bu, həm də yeni tarif planlarının tətbiq olunmasının səbəblərindən biridir. Yeni çevik tariflər sayəsində hər kəs özünə daha münasib olan qiymətlə bilet seçib ala bilər”.
Qiymətlərin endirilməsi Park Cinema-nın şəhər həyatının ən populyar və inkişaf edən sahəsində etdiyi növbəti innovasiyadır. Ölkənin kinoprokat sektoru tarixində ilk dəfədir ki Belə yenilik tətbiq olunur. Park Cinema hesab edir ki, atılan addım kinoya getmək mədəniyyətini bərpa olunması və Azərbaycanda kino sektorunun inkişafında böyük rol oynayacaq.
Xatırladaq ki, Park Cinema Metro Park kinoteatrı 2013-cü ilin aprelində açılıb və oturacaq yerlərinin sayına və təchiz olunmuş ən müasir avadanlığa görə Cənubi Qazqazda ən böyük kinoteatrdır. “Ad günün mübarək!” adlı daimi aksiya da məhz bu kinotearda keçirilir. Aksiyanın şərtlərinə görə ölkənin hər vətəndaşı öz doğum günündə kinoya pulsuz baxa bilər.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub.
Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən //www.facebook.com/ParkCinema əldə etmək olar.
Modern.az