Modern.az

Vasif Talıbov bu deputatlara rəhbərlik edir - SİYAHI

Vasif Talıbov bu deputatlara rəhbərlik edir - SİYAHI

Parlament

11 Yanvar 2023, 17:03

“Vasif Talıbovun Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsindən azad edilməsi məsələsinə baxıla bilər”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Vasif Talıbovun İranla gizli əlaqələrinin olması barədə iddialar  hüquq-mühafizə orqanları tərəfindən araşdırılarsa və fakt öz təsdiqini taprsa, bu, Azərbaycanın milli maraqlarına çox ciddi zərbə vura biləcək hadisə olar.
 

Qeyd edək ki, Vasif Talıbov  1995-ci ildən (28 ildir-red.) Azərbaycan Milli Məclisində 1 saylı Şərur- Sədərək seçki dairəsini təmsil edir. O, həm də 20 ilə yaxındır ki, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədri vəzifəsindədir.

Vasif Talıbovun rəhbərlik etdiyi Azərbaycan-İran parlamentlərarası işçi qrupunda aşağıdakı deputatlar təmsil olunur:

Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Cəbi Quliyev, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Madər Musayev, Əziz Ələkbərli, Cavanşir Paşazadə.

Heç vaxt Milli Məclisin iclaslarına gəlməyən Vasif müəllimin nə vaxtsa Azərbaycan-İran parlamentlərarası işçi qrupunun iclasını keçirdiyini də parlamentdə xatırlayan yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi