Modern.az

Deputatlar Avropa Parlamentində görüşlər keçirəcək

Deputatlar Avropa Parlamentində görüşlər keçirəcək

Parlament

10 Mart 2023, 17:40

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər.

 

Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Səfər martın16-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi