Modern.az

Bayrağımızın yandırılması əvvəlcədən planlaşdırılıb - Deputat

Bayrağımızın yandırılması əvvəlcədən planlaşdırılıb - Deputat

Parlament

15 Aprel 2023, 11:14

İrəvanda ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub. Çünki bayrağı yandıran dığa Aram Nikolyan həmən şounun stilistidir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. 

 

Onun sözlərinə görə, Aram Nikolyana qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsi üzrə iş açılmalıdır və bu terrorçu geni gəzdirən dığanın Beynəlxalq Dizaynerlər Assosiasiyasınından qovulması məsələsi qaldırmalıdır.

 

"Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin, bu ölkədə rasizm və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbir və yarşmanın keçirilməsi rasizmə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. Ona görə də mən beynəlxalq qurumları və idman federasiyalarını baş verənlərə ciddi yanaşmağa, Ermənistanda bu qəbildən olan hər hansı yarış və tədbirin keçirilməsinə ən azı bir neçə il qadağa qoymağa çağırıram.

 

Azərbaycanın Gənclər və İdman Nazirliyinin Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatına gedən idmançılarımızın yarışa qatılmadan vətənə dönmələri haqda qərarını düzgün hesab edirəm, belə də olmalıydı", - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi